Şüşələrinin tündləşdirilməsi

Minik atomobillərinin şüşələrinin tündləşdirilməsi

Azərbaycan Respublikasının “Yol Hərəkəti Haqqında” Qanununda (əlavə -1) sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi NV-nin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir. Bu Qanunla işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdən arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

- alın şüşələri (qabaq şüşə).......................75%-dən
- qabaq və arxa yan şüşələr......................70%-dən;
- arxa şüşənin işıqburaxma qabiliyyəti sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 01 may tarixindən 15 noyabr tarixinədək arxadakı yan şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.


BİZİMLƏ ƏLAQƏ
(+994 55) 212 06 75, (+994 50) 750 06 75

© Talibov.az, 2011-2016
Sayt rəhbərliyinin yazılı icazəsi olmadan məlumatların istifadəsi qadağandır.

Site by Javid Sultanov Studio