Bu dərs vəsaiti kompleks şəkildə geniş material toplusunu özündə cəmləşdirərək yol hərəkəti qaydalarını öyrənən və sürücülük vəsiqəsini almağa hazırlaşan şəxslər üçün nəzərdə tutulmuşdur. Vəsaitdə istənilən kateqoriyalı (''A1”, “A”, “B”, ''C”, “D”, ''BE'', “CE” və “DE'') sürücülük vəsiqəsini almaq üçün lazımlı material verilmişdir. Material həm biletlər şəklində, həm də mövzular üzrə verilmişdir. Vətəndaşların sərbəst və mükəmməl hazırlaşması məqsədi ilə vəsaitə əlavə edilmişdir:
- İmtahan çalışmalarının şərhləri;
-NV-nin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı;
- ''Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi''ndən çıxarış;
- Yol nişanları, yolların nişanlanması və NV-nin tanınma nişanları;
- “Yol hərəkəti qaydaları”;
- Rüsumlar və vergilər.