Hörmətli sayt istifadəçiləri!
www.talibov.az saytının müasir variantı olan www.dda.az saytı yaradılmış və sizin istifadənizə verilmişdir.
www.dda.az saytı virtual təlim-tədris platforması olaraq daha geniş və müasir funksiyalara malik olmaqla yanaşı, özündə yeni test suallarını, 3D qrafikalı dərsləri və digər materialları ehtiva edir.
01.04.2024-cü il tarixindən etibarən www.talibov.az saytının əsas fəaliyyəti dayandırılacaqdır. Daxili balansa hər hansı məbləğ yerləşdirmiş istifadəçilər həmin məbləği 30.04.2024-cü il tarixinədək istifadə edə bilərlər.
www.dda.az saytının imkanlarından yararlanmağınızı tövsiyyə edirik.
Hörmətlə,
“DDA” MMC-nin kollektivi


Rüsumlar və vergilər

“DÖVLƏT RÜSUMU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

(04.12.2001-ci il, N-233-IIQ. Bu qanuna 2013-cü il tarixədək edilmiş əlavə və dəyişikliklər nəzərə alınmışdır)

ÇIXARIŞ

Maddə Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
10.2. NV-nin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:  
10.2.1. -müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə keçərsə 25 manat
10.2.2. - müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçərsə 50 manat
10.11. NV-nin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı etibarnamələrin təsdiqi üçün:  
10.11.1. -etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, qardaşa, bacıya verilərsə 10 manat
10.11.2. -etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə 20 manat
10.12. NV-dən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:  
10.12.1. -etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, qardaşa, bacıya verilərsə 5 manat
10.12.2. -etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə 10 manat
18.65. NV-yə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətin göstərilməsi:  
18.65.1. NV-nin illik texniki baxışdan keçirilməsinə görə:  
18.65.1.1. - avtonəqliyyat vasitələri üçün 20 manat
18.65.1.2. - motonəqliyyat vasitələri , traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki NV, qoşqular və yarımqoşqular üçün 10 manat
18.65.2. NV-nin texniki uçot göstəricilərinə dəyişiklik edilməsi zamanı və ya NV alıcısının tələbi ilə NV-yə texniki baxış keçirilməsi üçün:  
18.65.2.1. - avtonəqliyyat vasitələri üçün 20 manat
18.65.2.2. - motonəqliyyat vasitələri , traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki NV, qoşqular və yarımqoşqular üçün 10 manat
18.65.3. NV-nin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, NV-nin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:  
18.65.3.1. - avtonəqliyyat vasitələri üçün 10 manat
18.65.3.2. - motonəqliyyat vasitələri , traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki NV, qoşqular və yarımqoşqular üçün 5 manat
18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:  
18.65.4.1. -avto-moto NV-nin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün 20 manat
18.65.4.1-1 -avto-moto NV-nin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə 10 manat
18.65.4.2 - digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu, maşinist vəsiqəsi üçün 5 manat
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi (avto-moto NV-nin üçün) 18 manat
18.65.6.1. Avtonəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanının verilməsinə görə:  
 
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası Dövlət rüsumunun məbləği (manatla)
Seriyası eyni hərflərdən ibarət olduqda Seriyası müxtəlif hərflərdən ibarət olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009 2500 1500
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 1500 1000
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 1000 500
 
18.65.6.2. -cədvəldə göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəldə göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanlarının təkrar verilməsinə görə 22 manat
18.65.6.3. - motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşqular üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə 11 manat
18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi (avto-moto NV üçün) 17 manat
18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan NV-nin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi 10 manat

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının QƏRARINA ƏSASƏN:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara NV-nin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilsin.

- NV-nin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi (bir əd./reys)...............20 man. (ƏDV ilə);
- NV-nin duracaqlarda saxlanılması (bir əd./gün)...............1 man. (ƏDV ilə).

İlk tibbi yardım göstərmək üçün NV-də olan dərman qutusunun tərkibi;

(Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 05 avqust 2008-ci il tarixli 109 nömrəli əmrlə təsdiq olunub)

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunanağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:
Analgin 0,5 № 10 (yaxud əvəzedicisi) 1 qutu
Portativ hipotermik (soyuducu) paket-konteyner 1 əd
Aspirin 1 qutu
Sulfasil-natrium (albusid) məhlulu 1 flakon
2. Qanaxmanın dayandırılması, yaranın təmizənməsi və sarğı üçün vəsaitlər:
Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün jqut 1 əd
Steril bint 10x5 1 əd
Qeyri steril bint 10x5 1 əd
Qeyri steril bint 5x5 1 əd
Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı 1 əd
Bakterisid leykoplastır 25x72 yaxud 2x5 8 əd
Kapillyar və venoz qanaxmaları saaxlamaq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaginli «Колетекс ГЕМ» steril salfetləri, yaxud statın (toz halında) 1,0 q 3 əd
1x500, yaxud 1x250 sm ölçüdə leykoplastır 1 əd
Qeyri-steril boruşəkilli tibbi elastik bint-№ 1, 2, 6 hər birindən 1 əd
Pambıq 50 q. 1 bağ
3. Ürək ağrılarına qarşı vəsaitlər:
Nitroqliserin həbləri №40, yaxud kapsulası №20 (trinitrolonoq) 1 qutu
Validol (tabletka yaxud kapsula) 1 qutu
4. Ürək-ağciyər reanimasiya üçün vəsaitlər:
Süni nəfəs vermək üçün alət (“Ağız-qurğu-ağız”) 1 əd
5. Bayılmaya qarşı vəsaitlər:
- Ammiak məhlulu (naşatır spirti) 1 flakon
6. Zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:
Entredez (və ya aktivləşdirilmiş kömür № 10) 2 qutu
7. Stres hallarına qarşı vəsaitlər
Korvalol (və ya valerian) 1 flakon
8. Küt uclu qayçı 1 əd
9. Təlimat
- Komplektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş dərmanlardan (vəsaitlərdən) istifadə etmək olmaz.  
İstifadə edilmiş və ya vaxtı ötmüş dərmanların (vəsaitlərin) yerinə dərhal yeniləri qoyulmalıdır.  

“İCBARİ SIĞORTALAR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (çıxarış)

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Baza sığorta haqqı 50,0 manat məbləğində müəyyən olunur.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin növünə görə aşağıdakı əmsallar tətbiq olunur:
1. Minik avtomobillərinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə:

-50 sm3 - 1500 sm3 əmsal 1 sığorta haqqı 50 manat;
-1501 sm3 - 2000 sm3 əmsal 1,5 sığorta haqqı 75 manat;
-2001 sm3 - 2500 sm3 əmsal 2 sığorta haqqı 100 manat;
-2501 sm3 - 3000 sm3 əmsal 2,5 sığorta haqqı 125 manat;
-3001 sm3 - 3500 sm3 əmsal 3 sığorta haqqı 150 manat;
-3501 sm3 - 4000 sm3 əmsal 3,5 sığorta haqqı 175 manat;
-4001 sm3 -4500 sm3 əmsal 4 sığorta haqqı 200 manat;
-4501 sm3 – 5000 əmsal 4,5 sığorta haqqı 225 manat;
-5001 sm3 –dən çox əmsal 5 sığorta haqqı 250 manat.

2. Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri –sərnişin yerlərinin sayına görə:

-9 – 16 əmsal 3 sığorta haqqı 150 manat;
-16 – dan artıq əmsal 4 sığorta haqqı 200 manat.

3. Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilmiş maksimum kütləyə görə:

-3500 kq-dan çox olmayan əmsal 3 sığorta haqqı 150 manat;
-3501 kq – 7000 kq əmsal 4 sığorta haqqı 200 manat;
-7000 kq-dan yuxarı əmsal 5 sığorta haqqı 250 manat.

4. Motosikletlər və motorolerlər

  əmsal 1 sığorta haqqı 50 manat.


Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir
- fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
- üçüncü şəxslərin amlakına dəyən zərər üzrə 5000 manat.


BİZİMLƏ ƏLAQƏ
(+994 55) 212 06 75, (+994 50) 750 06 75

© Talibov.az, 2011-2016
Sayt rəhbərliyinin yazılı icazəsi olmadan məlumatların istifadəsi qadağandır.

Site by Javid Sultanov Studio