Bu
dərs vəsaiti test şəklində verilmiş kompleks material toplusunu özündə
cəmləşdirərək yol hərəkəti qaydalarını öyrənən və sürücülük vəsiqəsini almağa
hazırlaşan şəxslər üçün nəzərdə tutulmuşdur. Vəsaitdə istənilən kateqoriyalı (“A1”, “A”, “B”, “B1”, ''C”, ''C1”, “D”,
“D1”, ''BE'', “CE”, “C1E”, “DE'' və “D1E'') sürücülük vəsiqəsini almaq üçün
materiallar yer almışdır. Material həm biletlər şəklində, həm də mövzular üzrə
verilmişdir. Oxucuların sərbəst və mükəmməl hazırlaşması məqsədi ilə vəsaitə
əlavə edilmişdir:- imtahan
çalışmalarının şərhləri;-NV-nin
istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı;
- yol
nişanları, yolların nişanlanması və NV-nin tanınma nişanları.